Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı ekspertlərin görüşü başladı

Ekspertlərin sahələr üzə işi sentyabrın 27-nə planlaşdırılıb

Bu gün Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə ekspert komissiyasının ikinci görüşü başlayıb.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş çərçivəsində hər iki ölkənin komissiyalarını təmsil edən ekspertlər Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçirəcəklər və geodezik tədqiqat işləri aparacaqlar.

Ekspertlərin sahələr üzə işi sentyabrın 27-nə planlaşdırılıb. Daha sonra mütəxəssislərin işi baxılması üçün delimitasiya və demarkasiya komissiyasının növbəti iclasına təqdim olunacaq. Komissiyanın növbəti görüşü Tbilisidə yaxın zamanlarda keçiriləcək. Toplantının dəqiq keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. (Report)