Böyük Britaniya, Almaniya və Fransa öz öhdəliklərini yerinə yetirmir Böyük Britaniya, Almaniya və Fransa öz öhdəliklərini yerinə yetirmir

"ABŞ-la yeni nüvə razılaşması olmayacaq"

Böyük Britaniya, Almaniya və Fransa öz öhdəliklərini yerinə yetirmir

Hazırkı müqaviləyə əməl olunana qədər yeni nüvə razılaşması olmayacaq.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Cavad Zərif deyib.

Onun sözlərinə görə, ABŞ-ın icazəsi olmadan Böyük Britaniya, Almaniya və Fransa 2018-ci ilin may ayından etibarən öz öhdəliklərini yerinə yetirmir.

"Bunun həlli isə ABŞ-ın istəklərinə və absurd iddialarına qarşı müstəqil addım atmaq və iradəli olmaqdır. Mövcud olanlara əməl edilmədən yeni razılaşma əldə olunmayacaq".

Xatırladaq ki, ABŞ-ın 2018-ci il 8 may tarixində nüvə razılaşmasından çıxması və sanksiyaların tətbiq edilməsi ilə bu iki ölkə arasındakı vəziyyət daha da gərginləşib.

Pərvanə

AzNews.az