11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub

Gürcüstanda Azərbaycandilli məktəbdə zəhərlənmə - 7 şagird...

11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində şagirdlər arasında zəhərlənmə olub.

Kənd məktəbinin 6-cı sinfinin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyemtələr məktəb yaxınlığında yerləşən mağazadan limonad və kətə alıblar. Qida qəbulundan sonra onlar özlərini pis hiss ediblər. Məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb.

Xəstəxanadan bildirilib ki, 11 yaşlı məktəblilərin vəziyyəti qənaətbəxş olub və detoksikasiya proseduru başa çatdırılandan sonra onlar evə yazılıblar.(report.az)

AzNews.az