Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək

Gürcüstanda Nəriman Nərimanovun abidəsi yenidən qurulacaq

Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, böyük ədib Nəriman Nərimanovun Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı abidəsi yenidən qurulacaq.

Bu barədə Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğalli məlumat verib.

Bildirib ki, hazırda rayon ərazisində, xüsusilə də şəhər mərkəzindəki küçə və parkların, görkəmli şəxsiyyətlərin bu parklardakı abidələrinin bərpası və təmirinə başlanılıb. Artıq bir neçə park yenilənib və təmir olunub. Həyata keçirilən layihədə Marneulinin mərkəzindəki N.Nərimanov adına parkın və böyük ədibin abidəsinin bərpası da nəzərdə tutulub. Yaxın vaxtlarda parkda abadlıq işlərinə başlanılacaq və abidə yenidən qurulacaq.

“Görkəmli ictimai-siyasi xadim N.Nərimanovun Marneulinin mərkəzindəki abidəsi bərbad haldadır. Abidənin ciddi təmirə ehtiyacı var. Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək”, - deyə Z.Darğallı qeyd edib.

AzNews.az