O, Bakıda Zirvə Görüşündə iştirak edəcək O, Bakıda Zirvə Görüşündə iştirak edəcək

İran Prezidenti Azərbaycana səfərə yola düşdü

O, Bakıda Zirvə Görüşündə iştirak edəcək

İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə yola düşüb.

İran Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gəlir.

O, səfərdən öncə hava limanında keçirdiyi mətbuat konfransında jurnalistlərə belə deyib:

“Son 6 ildə Azərbaycan və İran arasında əlaqələr çox yaxınlaşıb, münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

H. Ruhani son illər ərzində İran, Türkiyə və Rusiya, eləcə də İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, İran regionda daha fəal siyasət yürütməyə davam edəcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək. (APA)

AzNews.az