O, iki il müddətinə vəhşi heyvanları ayda 500 kq yemlə təmin edəcək O, iki il müddətinə vəhşi heyvanları ayda 500 kq yemlə təmin edəcək

Qanunsuz ov edən şəxsə qeyri-adi cəza

O, iki il müddətinə vəhşi heyvanları ayda 500 kq yemlə təmin edəcək

İranın Tehran vilayətinin Firuzkuh rayonunda qanunsuz muflon ovu ilə məşğul olan şəxsə iki illik cəza verilib.

Bunu İranın Tehran vilayətinin Firuzkuh rayonu Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Fərşad Firuzniya deyib.

F.Firuzniyanın sözlərinə görə, o, iki il müddətinə vəhşi heyvanları ayda 500 kq yemlə təmin edəcək.

İdarə rəsmisi əlavə edib ki, eyni zamanda həmin şəxs rayonun ətraf mühitin mühafizəsi əməkdaşlarının nəzarəti ilə rayonun qoruğunun tullantılarını təmizləyəcək.

Qeyd edək ki, həmin şəxs bu ilin əvvəllərində Firuzkuh rayonu ətraf mühitin mühafizəsi idarəsinin əməkdaşları tərəfindən muflon ovladığına görə saxlanılıb.(AZƏRTAC)

AzNews.az