Rusiya ilə aviareyslərin bərpasına ehtiyac var - gürcü nazir

Uçuşlar bu il iyulun 8-dən dayandırılıb

Gürcüstan ilə Rusiya arasında aviareyslərə qoyulan qadağanın aradan qaldırılmasına ehtiyac var.

Bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani söyləyib.

Onun sözlərinə görə, Gürcüstan ilə Rusiya arasında aviareyslərin bərpa edilməsi düzgün istiqamətdə atılan addım olardı.

XİN rəhbəri deyib ki, Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpa olunmasını yalnız alqışlaya bilər.

Rusiyanın “İzvestiya” nəşri iki ölkə arasında aviareyslərə tətbiq olunan qadağanın 2020-ci ilin birinci yarısında aradan qaldırıla biləcəyi barədə məlumat yayıb. Qəzet bildirir ki, iki ölkə arasında aviareyslərin bərpasını bundan tez gözləmək olmaz.

Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bu il iyulun 8-dən dayandırılıb.

AzNews.az