Saxlanılanların Fars körfəzi ölkələrinin birindən dəstək aldığı da qeyd olunub Saxlanılanların Fars körfəzi ölkələrinin birindən dəstək aldığı da qeyd olunub

İranda hərbi bazalara hücum edən 79 nəfər saxlanıldı

Saxlanılanların Fars körfəzi ölkələrinin birindən dəstək aldığı da qeyd olunub

İranın cənub-qərbində baş vermiş iğtişaşlar zamanı hərbi və polis bazalarına hücum etmiş 79 nəfər saxlanılıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, saxlanılanlar arasında bir neçə terrorçu qruplaşmanın üzvləri də var.

Onların ölkənin strateji əhəmiyyətli obyektlərində diversiya planlaşdırdığı bildirilib.

Saxlanılanların Fars körfəzi ölkələrinin birindən dəstək aldığı da qeyd olunub.

Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, benzinin qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb. İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.(apa.az)

AzNews.az