İran Cənubi Koreyanın əczaçılıq məhsulları üçün böyük bazardır İran Cənubi Koreyanın əczaçılıq məhsulları üçün böyük bazardır

İsveçrə və Koreya İrana dərman ixracını bərpa etmək istəyir

İran Cənubi Koreyanın əczaçılıq məhsulları üçün böyük bazardır

İsveçrənin ardınca Cənubi Koreya da ABŞ-a müraciət edərək İrana əczaçılıq məhsulları ixrac etmək üçün icazə istəyir.

İran Cənubi Koreyanın əczaçılıq məhsulları üçün böyük bazardır. Qadağalar tətbiq olunmağa başladıqdan sonra Koreya şirkətlərinin gəliri azalıb. İran üçün istehsal olunan dərmanlar anbarlarda qalıb. Cənubi Koreya dünyanın bir çox ölkəsinə dərman ixrac edir. Lakin İran olduqca böyük bazardır və ixracın 50 faizə qədəri bu ölkənin payına düşür.

Yerli mətbuatın verdiyi məlumata görə, Koreya Respublikasının Səhiyyə Nazirliyinin bir qrup nümayəndəsi ABŞ-da səfərdədir. Səfərin məqsədi ABŞ administrasiyasından İrana dərman satmaq üçün icazə almaqdan ibarətdir.

Qeyd etmək lazımdır ki, oxşar addımları İsveçrə də atıb. İsveçrə şirkətləri də sanksiyalar səbəbindən İrana əczaçılıq məhsulları ixrac edə bilmir. İsveçrə hökumətinin nümayəndələri də ABŞ-la danışıqlar aparıb İran bazarına yenidən daxil olmağa çalışırlar.

Rəsmi Tehran isə ABŞ-ın İrana dərman idxalına imkan verməməsini anti-humanist addım və cinayət hesab edir. Artıq İranda bəzi xəstəliklərin müalicəsində istifadə olunan dərmanların çatışmazlığı müşahidə olunur.(AZƏRTAC)

AzNews.az