Partiyaya Qurucular Hərəkatının üzvləri də qoşulub Partiyaya Qurucular Hərəkatının üzvləri də qoşulub

Gürcüstanda yeni siyasi partiya yaradıldı

Partiyaya Qurucular Hərəkatının üzvləri də qoşulub

Tbilisidə yeni "Gürcüstan üçün Lelo" siyasi partiyası yaradılıb.

Siyasi təşkilatın təsis qurultayı bu gün keçirilib.

Mamuka Xazaradze partiyanın sədri, Badri Caparidze isə baş katibi olub.

Partiyaya Qurucular Hərəkatının üzvləri də qoşulub. Yeni Sağlar Partiyası isə fəaliyyətini dayandırıb və təşkilatın liderləri yeni partiyaya keçiblər.

Toplantıda bildirilib ki, yeni partiyanın məqsədi 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində qələbə qazanmaqdır.

Qeyd edək ki, M.Xazaradze və B.Caparidze Gürcüstanın ən böyük bankı olan TBC bankın təsisçiləridirlər. Onlar "Lelo" ictimai hərəkatını bu ilin sentyabrın 12-də təsis ediblər.

"Lelo" top ilə oynanılan qədim gürcü oyunudur və reqbi oyunundakı qol mənasını daşıyır.(report.az)

AzNews.az