Səhv etdik Səhv etdik

SEPAH Komandanı: “Həyatımda heç vaxt belə utanmamışam”

Səhv etdik

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Komandanı Hüseyn Salami səhvən vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə üzr istəyib.

H.Salami məlum hadisə ilə bağlı “Həyatımda heç vaxt belə utanmamışam. Səhv etdik və bu səbəbdən çox sayda həmyerlimiz həlak oldu”, deyə üzrxahlıq edib.

O bildirib ki, həmin gecə Fars körfəzindəki bütün ABŞ təyyarələri və vertolyotlar havaya qaldırılmışdı: “Hamımız müharibə şəraitində idik”.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də SEPAH tərəfindən vurulub. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. (APA)

AzNews.az