İranda koronavirusa yoluxanların sayı 10 mini keçdi

Sutka ərzində 1075 nəfərdə yoluxma aşkarlanıb

İranda koronavirusa yoluxanların sayı 10 075 nəfərə çatıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib. Sutka ərzində 1075 nəfərdə yoluxma aşkarlanıb. 75 nəfər isə dünyasını dəyişib. Bununla da İranda koronavirusdan ölənlərin sayı 429 olub.

İndiyədək isə 3276 nəfər sağalıb.