Virus qurbanlarının sayı 13 979-a yüksəlib Virus qurbanlarının sayı 13 979-a yüksəlib

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

Virus qurbanlarının sayı 13 979-a yüksəlib

İranda son sutka ərzində daha 2 166 nəfərdə koronavirus aşkarlanıb, 188 nəfər vəfat edib.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 271 606-ya, virus qurbanlarının sayı isə 13 979-a yüksəlib.

Bundan əlavə, indiyədək 235 300 nəfər sağalıb. Ölkədə 22 327 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 529-nun vəziyyəti ağır qiymətləndirilir.