Nəticədə 12 nəfər həlak olub Nəticədə 12 nəfər həlak olub

Gürcüstanda mikroavtobus dağ yamacından düşdü

Nəticədə 12 nəfər həlak olub

Gürcüstanın Şatili kəndinə aparan yolda miktoravtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az bildirir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

Nəticədə 12 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

Qeyd olunur ki, miktoavtobus 80 metrlik dağ yamacından düşüb. Hadisə yerinə patrul və kriminal polis briqadaları, yanğınsöndürmə və xilasetmə qrupları, təcili yardım briqadaları cəlb olunub.

Digər sərnişinlərin axtarışları davam edir.

Gürcüstan DİN istintaqa başlayıb.