Gürcüstanda koronavirusun ikinci dalğası elan edildi

Bu barədə hökumətin “Facebook” səhifəsində yazılıb

Gürcüstanın Baş Naziri Georgi Qaxariya ölkədə yeni növ koronavirus infeksiyasının ikinci dalğasının başlandığını elan edib.

AzNews.az xəbər verir ki, bu barədə hökumətin “Facebook” səhifəsində yazılıb.

Qahariyanın sözlərinə görə, ikinci dalğa payızda gözlənilirdi və artıq o başlayıb.

“Əsas odur, təşvişə ehtiyac yoxdur, biz vəziyyətə tam nəzarət edirik”, - deyə Qaxariya bildirib.

Qeyd edək ki, bu gün Gürcüstanda rekord yoluxma sayı qeydə alınıb. Sutka ərzində ölkədə 54 nəfərdə Covid-19 aşkarlanıb.