Bu barədə hökumətin xüsusi rəsmi saytında bildirilib Bu barədə hökumətin xüsusi rəsmi saytında bildirilib

Gürcüstanda daha 152 nəfərdə koronavirus aşkarlandı

Bu barədə hökumətin xüsusi rəsmi saytında bildirilib

Gürcüstanda son sutkada koronavirusa 152 yeni yoluxma faktı təsdiqlənib, 6 pasiyent sağalıb.

AzNews.az xəbər verir ki, bu barədə hökumətin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 2 227 nəfərə, sağalanların sayı isə 1 369-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır.