İranda fəala 6 il həbs cəzası verildi

23 yaşlı fəal bundan əvvəl də bir ay müddətinə həbs edilmiş, eyni zamanda 20 şallaq cəzası almışdı

Cənubi Azərbaycandan olan ictimai-siyasi fəal Əli Əzizi həbs edilib.

AzNews.az xəbər verir ki, o, rejimə qarşı təbliğat aparmaq və Güney Azərbaycan Milli Azadlıq Hərəkatına (GAMAC) üzv olmaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Bu barədə İran İnsan Haqları Aktivistləri Agentliyi (HRANA) məlumat yayıb. Qeyd olunub ki, Təbriz İnqilab Məhkəməsi Əzizi barəsində rejimə qarşı təbliğat apardığı üçün bir il, “GAMAC”a üzvü olduğu üçün 5 il həbs cəzası verib.

Qeyd edək ki, 23 yaşlı fəal bundan əvvəl də bir ay müddətinə həbs edilmiş, eyni zamanda 20 şallaq cəzası almışdı.