"Bu, İranda ilk hadisədir” "Bu, İranda ilk hadisədir”

İranda COVID-19-un Britaniya ştammı aşkarlanıb

"Bu, İranda ilk hadisədir”

İranda COVID-19-un yeni ştammı aşkar edilib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu dekabrın 5-də İranın səhiyyə naziri Səid Nəməki bildirib.

“Təəssüf ki, koronavirusun Britaniyada aşkar olunan ştammına krallıqdan qayıdan həmvətənimiz də yoluxub. Bu, İranda ilk hadisədir”, - o deyib.

Qeyd edək ki, COVID-19-un Britaniya ştammı Türkiyə və Gürcüstanda da aşkarlanıb.

Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.