Tumi Bayden rəhbərliyinə çağırış edərək Vaşinqtondan Tehrana tətbiq olunan sanksiyalara davam etməsini tələb edib Tumi Bayden rəhbərliyinə çağırış edərək Vaşinqtondan Tehrana tətbiq olunan sanksiyalara davam etməsini tələb edib

İranla ABŞ arasında yeni gərginlik yarandı - Bu videoya görə

Tumi Bayden rəhbərliyinə çağırış edərək Vaşinqtondan Tehrana tətbiq olunan sanksiyalara davam etməsini tələb edib

İranın dövlət televiziyası İRİB tərəfindən yayımlanan təbliğat videosunda ABŞ-ın paytaxtı Vaşinqtonun hədəf alınması yeni siyasi gərginliyə səbəb olub.

AzNews.az xəbər verir ki, ölkənin ali lideri Əli Xameneinin xalqa müraciət etməsindən bir müddət əvvəl yayımlanan videonun 1:09 hissəsində raketlərin ABŞ Kapitolunu hədəf aldığı göstərilir.

Sözügedən təbliğat videosunda Kapitol binasının raket zərbəsi ilə dağıdılması, daha sonra Qüds şəhərinə doğru irəliləyən İran ruhanilərinin görüntüləri yer alıb.

İngilis “Daily Mail” qəzetinə danışan bir mütəxəssis videonun arxa fonunda yerləşdirilən mahnı haqqında danışıb.

Mahnının sözlərində Kapitoli binası İmam Əlinin İnqilab Keşikçiləri tərəfindən dağıdılan bir zülm sarayı kimi təsvir olunur və İranın Qüdsü azad etməsi vəd edilir.

ABŞ-dan videoya reaksiya gecikməyib. Pensilvaniya ştatından olan respublikaçı senator Pet Tumi SEPAH-ın Kapitolu partlatdığı barədə saxta bir video yaydığını bildirib.

Tumi Bayden rəhbərliyinə çağırış edərək Vaşinqtondan Tehrana tətbiq olunan sanksiyalara davam etməsini tələb edib.