Bu barədə İranın yarı rəsmi xəbər agentliyi “Tasnim” məlumat verib Bu barədə İranın yarı rəsmi xəbər agentliyi “Tasnim” məlumat verib

Cavad Zərif sızdırılan səsyazısında dediklərinə görə cavab verəcək

Bu barədə İranın yarı rəsmi xəbər agentliyi “Tasnim” məlumat verib

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” Xüsusi Qüvvələrinin qətlə yetirilmiş rəhbəri general Qasım Süleymanini tənqid etdiyi və ölkə siyasətində böyük reaksiya verən səs yazısı ilə əlaqədar ölkə parlamentində millət vəkillərinin suallarını cavablandıracaq.

AzNews.az xəbər verir ki, bu barədə İranın yarı rəsmi xəbər agentliyi “Tasnim” məlumat verib.

XİN rəhbəri mətbuata sızdırılan məxfi müsahibəsindəki açıqlamaları səbəbindən mayın 9-da İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında iştirak edəcək.

Zərifin səsyazısı ilə bağlı ona ünvanlanan tənqidlərlə bağlı açıqlamalar verəcəyi və millət vəkillərinin suallarını cavablandıracağı gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl Zərifin 2021-ci ilin martında jurnalist Səid Leylaza verdiyi və yayımlanmadan hökumətin arxivinə yerləşdirilən müsahibənin səsyazısı sızdırılaraq İran Beynəlxalq Televiziyası tərəfindən 25 aprel tarixində yayımlanmışdı.

Sözügedən müsahibədə Cavad Zərif Rusiyanı nüvə anlaşmasını əngəlləməyə çalışmaqda təqsirləndirib, həmçinin ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin xarici siyasətə müdaxiləsini tənqid etmişdi. Zərifin reportajdakı açıqlamaları ölkədəki mühafizəkar kəsimin sərt reaksiyasına səbəb olmuş və onun istefası tələb olunmuşdu.

İran Xarici İşlər Nazirliyi müsahibənin nəşr üçün deyil, hökumət arxivində saxlanılması üçün verildiyini açıqlamışdı.

Tehran Baş Prokurorluğu məsələ ilə bağlı istintaq başladıb.