Sözügedən “Lamborghini” modelinin təxmini dəyərinin 1 milyon dollardan çox olduğu qeyd edilir Sözügedən “Lamborghini” modelinin təxmini dəyərinin 1 milyon dollardan çox olduğu qeyd edilir

Azərbaycanlı gənc Gürcüstanda "Lamborghini" uddu - VİDEO

Sözügedən “Lamborghini” modelinin təxmini dəyərinin 1 milyon dollardan çox olduğu qeyd edilir

Gürcüstanın Tbilisi şəhərində keçirilən lotoreyada 10 minlərlə şəxs iştirak edib. Şanslı insana isə “Lamborghini” markalı avtomobil vəd edilib.

AzNews.az Qazet.az-a istinadən xəbər verir ki, avtomobili qazanan şəxs Gürcüstan azərbaycanlısı, Muğanlı kənd sakini Aqil Məmmədov olub. Efir aparıcıları qalib nömrəyə zəng edən zaman gürcücə danışdıqları üçün efirdə maraqlı anlar yaşanıb. Gürcü aparıcıları başa düşməyən azərbaycanlı gənc cavabında israrla rusca danışıb. Lakin sonda ona avtomobili qazandığı deyilib. Beləliklə, kənd sakini milyon dollarlıq avtomobilin sahibi olub.

Sözügedən “Lamborghini” modelinin təxmini dəyərinin 1 milyon dollardan çox olduğu qeyd edilir.

Videonu izləmək üçün bu linkə keçin.