- İran və Gürcüstan
- 10 May 16:26
- 3 262
İran səfirliyi Heydər Əliyevin ildönümü ilə bağlı paylaşım edib

İranın Azərbaycandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib
Tviterdə H.Əliyevin İranın ali rəhbəri Əli Xamenei ilə şəklini paylaşan diplomatik nümayəndəlik qeyd edib:
“Mərhum Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynamış bu mərhum liderin xatirəsini ehtiramla yad edirik”.