Bunu ali məktəbin rektoru David Qurgenidze deyib Bunu ali məktəbin rektoru David Qurgenidze deyib

Gürcüstanın ali məktəbi Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırdır

Bunu ali məktəbin rektoru David Qurgenidze deyib

“Gürcüstanın Texniki Univesitetinin nəzdində Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırıq və bununla bağlı müzakirələr davam etdirilir”.

Aznews.az xəbər verir ki, bunu ali məktəbin rektoru David Qurgenidze deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ilkin razılıq Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə bu ilin fevralında Tbilisidə keçirilən görüşdə əldə olunub: “Ali məktəbimizdə 2012-ci ildən Litva dili və mədəniyyəti mərkəzi uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycanşünaslıq mərkəzinin yaradılması istiqamətində işlər aparırıq”.

D.Qurgenidze, həmçinin, qeyd edib ki, Gürcüstan və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi üçün ümumi platformanın yaradılması nəzərdə tutulub.