Xameneinin Gilandakı nümayəndəsinin ofisi yandırılıb

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin Gilan əyalətinin Rudsər şəhərindəki nümayəndəsinin ofisi yandırılıb.

Aznews.az xəbər verir ki, bu barədə məlumatı GünAzTV yayıb.

Bildirilib ki, Tehranın hərbi-polis qüvvələrinin zorakılığına etiraz olaraq aksiya iştirakçıları ofisə od vurublar.

Məlumata görə, İranın paytaxtı Tehran başda omaqla bir sıra şəhərlərdə aksiyalar davam edib. Ölkənin ali rəhbəri Xameneiyə qarşı “Diktatora ölüm!” şüarı səsləndirilib.