İranlı deputat:"Hicab qaydasını pozan şəxsin bank hesabı bağlanacaq"

İran parlamentinin Rəfsəncan deputatı Hüseyn Cəlali məcburi hicab qaydasına əməl etməyən qadınlara qarşı yeni sanksiyalar hazırlandığını bəyan edərək, onların bank hesablarının bağlana biləcəyini bildirib.

Aznews.az xəbər verir ki,“Muniban” xəbər saytına açıqlama verən Cəlali məcburi hicab qaydasını pozan qadınlara qarşı tətbiq olunacaq yeni sanksiyalarla bağlı məlumat verib.

“Ölkə daxilində rejim əleyhinə nümayişlərə çevrilən Mahsa Emini etirazları çərçivəsində bəzi qadınların məcburi hicab tətbiqinə qarşı çıxmaq üçün başlarını açdıqlarını” ifadə edən Cəlali, “Nümayişlər səngisin, hicab qaydası olacaq” dedi.

Qeyd edək ki,sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Emininin sentyabrın 16-da vəfat etməsi ölkə hökumətinə qarşı etirazlara səbəb olub.

Mövsüm