İran prezidenti zəlzələdə həyatını itirənlərə başsağlığı verib

İran prezidenti İbrahim Rəisi bölgə ölkələrinə də təsir edən Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verib.

AzNews.az xəbər verir ki, dərhal köməyə hazır olduqlarını bildirən Rəisi zəlzələdə zərər çəkən Suriya rejiminin lideri Bəşər Əsədə də oxşar mesaj göndərib.

İran parlamentinin sədri Məhəmməd Bəkir Qalibaf da iclasdakı çıxışında zəlzələdə insan tələfatı ilə əlaqədar Türkiyə və Suriya xalqlarına İran xalqı adından başsağlığı verib.

Pərvanə