İran XİN sözçüsü: "Müharibə qızışdıranların evi yanır"

"Müharibə qızışdıran işğalçıların evi yanır. İsrail rejiminin cinayətkar baş nazirinin gücünü artırmaq və sağ qalmaq cəhdləri Fələstin torpağını qəsb edənlər arasında görünməmiş etirazlara və küçə toqquşmalarına səbəb olub. Bununla da sionist cəmiyyətin daxili xətalarını bir daha ifşa edilir".

AzNews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani tviterdə yazıb.

O, Qərb ölkələrinin İsrailə verdiyi dəstəyi tənqid edib: "ABŞ və Avropa ölkələri, xüsusən də İngiltərə demokratiya bəhanəsi ilə işğal və aparteid (irqi ayrı-seçkiliyin ən kəskin forması - red.) üzərində qurulmuş saxta rejimi dəstəkləməyə davam edir.