İran İsrailə xəbərdarlıq edib

İran yüksək vəzifəli məmurları öldürməklə hədələdiyi üçün İsrailə xəbərdarlıq edib.

Aznews.az xəbər verir ki, İranın yarı rəsmi xəbər agentliyi Tesnim-in xəbərinə görə, İnqilab Keşikçiləri Ordusunun baş komandanı, general-mayor Hüseyn Səlami paytaxt Tehranda keçirilən tədbirdə çıxış edib.

Səlami çıxışında Mossad direktoru David Barneanın yüksək səviyyəli İran rəsmilərinə qarşı sui-qəsd təhdidlərinə işarə edərək, "Sionistlər indicə mənasız bəyanatlar verməyə başlayıblar. Bizi sui-qəsdlə hədələyirlər. Ona görə də onlara deyirəm ki, əgər əvvəlki sui-qəsdlər sizi daha təhlükəsiz edibsə, davam edin",-deyə qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani də Mossad-ın təhdidləri ilə bağlı İsrailin “qanuni məqsədlərinə çatmaq üçün terror aktlarına əl atma rekorduna malik olduğunu” iddia edib.

Kenani bildirib ki, ölkəsi İsrail hökumətinin “axmaq” təşəbbüslərinə qətiyyətlə cavab verməkdən çəkinməyəcək.

Mövsüm