Aİ-dən İrana yeni sanksiyalar

Avropa Birliyi İrana qarşı insan haqlarının pozulması səbəbilə tətbiq etdiyi sanksiyalar siyahısına 4 şəxs və 6 qurumu əlavə etmək qərarına gəlib.

Aznews.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası İranda “ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyanlara” qarşı yeni məhdudlaşdırıcı tədbirlərin görüldüyünü açıqlayıb.

Açıqlamada sanksiya siyahısına 4 nəfərin və 6 qurumun əlavə edildiyi, siyahıda olanların isə belə sıralandığı bildirilib:

“İmam Əli Mərkəzi Təhlükəsizlik Qərargahında İnqilab Keşikçiləri Ordusunun baş komandanının müavini, Mazandaran və Fars əyalətlərinin polis komandirləri, Kaçu həbsxanası və onun nəzarətçisi, Senendaj, Zahedan və İsfahan həbsxanaları, Tasnim Xəbər Agentliyi, eləcə də Ali Kiberməkan Şurası”.

Mövsüm