İlhamə Quliyevanın oğlu dindirildi – Rəsmi açıqlama

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun adının cinayət işində hallanmasının bəzi detalları məlum olub.


AzNews.az-a daxil olan məlumata görə, fakt üzrə açılan cinayət işinə görə O.Nadirov artıq çağırılaraq ifadəsi alınıb.

Məlumata görə, O.Nadirovun da adının keçdiyi cinayət işi Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Mehman Ələkbərovun icraatındadır.

Binəqədi rayon prokurorunun köməkçisi Fəridə Bayramova AzNews.az-a açıqlamasında İlhamə Quliyevanın oğlunun adının cinayət işində hallanması faktını təsdiqləyib: "Orxan Nadirovun adı başqa bir cinayət işində hallanır. Adı hallanan cinayət işiylə bağlı O.Nadirov çağırılıb və dindirilib".

Xatırladaq ki, dünən AzNews.az Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılması ilə bağlı məlumat yayıb. Məlumata görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Onu da bildirək ki, O.Nadirovun dostu Vüqar Bəkirov barəsində də cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az