Moskvada dəhşətli qətl hadisəsi baş verib. Moskvada dəhşətli qətl hadisəsi baş verib.

Moskvada dəhşət – Kəsilmiş uşaq başı ilə küçəyə çıxdı (VİDEO+ Yenilənib)

Moskvada dəhşətli qətl hadisəsi baş verib.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "Oktyabrskoe Pole" metrostansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb. Saxlanılan zaman qadın qara libasda olub, əlində isə kəsilmiş uşaq başı tutub.

Məlumata görə, bu gün yaşayış evlərindən birində baş verən yanğını söndürərkən xilasedicilər 3-4 yaşlı uşaq cəsədi aşkar ediblər. Uşağın xüsusi qəddarlıqla öldürüldüyü məlum olub. Müstəntiqlər hesab edirlər ki, 39 yaşlı dayə valideynlərin ailənin böyük uşağı ilə birgə evi tərk etməsini gözləyib. Bundan sonra hələki məlum olmayan səbəblərə görə, dayə azyaşlını öldürüb, evi yandırıb və hadisə yerini tərk edib.

Uşağın öldürülməsində günahlandırılan dayə barədə cinayət işi başladılıb.

14:20
***
Dəhşətli cinayəti törədən qadının kimliyi məlum olub. O, Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovadır.

***

4 yaşlı qızı qəddarcasına öldürən Gülçöhrə Bobokulova cinayətinin səbəbini açıqlayıb. O, cinayəti əri ona xəyanət etdiyi üçün törətdiyini bildirib. Lakin qadın ərinin xəyanətilə dayə olaraq işlədiyi ailə arasında necə bir əlaqə olduğunu izah edə bilməyib.





Aydan Axundova