Daxili İşlər Nazirliyi Balakəndə törədilmiş silsilə cinayətlərin üstünün açılmasında polisə yardım etmiş, daha sonra isə polis tərəfindən şübhəli şəxs qismində saxlanılmış Əhmədov Əziz Əliağa oğlunun ölümü ilə bağlı yayılmış məlumatlara münasibət bildirib. Daxili İşlər Nazirliyi Balakəndə törədilmiş silsilə cinayətlərin üstünün açılmasında polisə yardım etmiş, daha sonra isə polis tərəfindən şübhəli şəxs qismində saxlanılmış Əhmədov Əziz Əliağa oğlunun ölümü ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

DİN-dən Balakəndəki müəmmalı intiharla bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi Balakəndə törədilmiş silsilə cinayətlərin üstünün açılmasında polisə yardım etmiş, daha sonra isə polis tərəfindən şübhəli şəxs qismində saxlanılmış Əhmədov Əziz Əliağa oğlunun ölümü ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.



Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin AzNews.az-a verdiyi məlumata görə, hadisələr barədə danışan Ə.Əhmədovun bacısı Zərinə Bayramova baş verənləri təhrif edib və intihar edən qardaşı barədə ictimai rəyi çaşdırmağa cəhd edib.

"Z.Bayramovanın bəhs etdiyi olaylar həqiqətən də 2016-cı ilin yanvar ayı ərzində Balakən rayonunun Katex kəndi ərazisində baş verib. Yanvarda bu kənddə 8 yanğın hadisəsi qeydə alınıb. Həmin yanğınlarda qəsdin olub-olmaması barədə Balakən Yanğından Mühafizə Şöbəsində araşdırma aparılıb və toplanmış materiallar aidiyyəti üzrə Balakən RPŞ-yə göndərilməklə hər bir fakt üzrə cinayət işi başlanılıb, istintaq aparılır.

İndi Ə.Əhmədovu az qala qəhrəman kimi təqdim edən, bələdiyyə sədrinin guya qardaşını da oğruları tapmağa cəlb etdiyini söyləyən Z.Bayramovanın iddiaları həqiqətdən uzaqdır. Çünki elə bələdiyyə sədrinin də ot tayalarını yandıran, əhalini çaş-baş salan məlumatlar yayan, onları evlərindən çıxmağa vadar edən, bu zaman yaranan qarışıqlıqdan, insanların yanğınları söndürmələrindən istifadə edərək oğurluq edən iki əsas şəxsdən biri də məhz Əziz Əhmədov olub", - deyə O.Mansurzadə qeyd edib.

Onun sözlərinə görə, Balakən RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axatarış və istintaq tədbirləri nəticəsində katexlilərin malı-mülkünə qəsd edən şəxslərin elə onların həmkəndliləri - əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Fəxri Əbəçiyev və Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizəçisi Əziz Əhmədov olmaları müəyyən edilib: "Eyni zamanda, keçirilmiş tədbirlərlə Fəxri Əbəçiyevin və Əziz Əhmədovun ötən il dekabrın 11-də rayonun Katex kəndi ərazisində kənd sakini Zamir Baydarova məxsus fərdi yaşayış evinə də qanunsuz daxil olmaları müəyyənləşdirilib. Bu zaman Əziz Əhmədov özünə məxsus "Kral" markalı pnevmatik tir tüfəngi ilə Zamir Baydarova qarşı zor tətbiq edəcəyi ilə hədələyərək, basqın barədə polisə məlumat verəcəyi təqdirdə öldürüləcəyini və evinin yandırılacağını bildirib, ona məxsus 6000 manatı quldurluq yolu ilə ələ keçirib. İstintaq hərəkətləri ilə Z.Baydarov Ə.Əhmədovun ona qarşı quldurluq etdiyini təsdiqləyib.

Qeyd olunan cinayətlərlə bağlı polis tərəfindən şübhəli şəxs qismində saxlanılan Əziz Əhmədov fevralın 1-də Balakən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə gətirilib. Fevralın 1-dən 2-nə keçən gecə Əziz Əhmədov saxlandığı kamerada özünü öldürmək məqsədilə sağ qolunu sanitar qovşağının künc hissəsinə sürtərək özünə xəsarət yetirib. Sonradan müalicəsinin davam etdirilməsi üçün Balakən rayon mərkəzi xəstəxanasına yerləşdirilən Ə.Əhmədov 04.02.2016-cı il tarixdə özünü xəstəxananın 3-cü mərtəbəsindən ataraq intihar edib.

Guya qardaşının işgəncələrə məruz qaldığını, az qala öldürüldüyünü iddia edən Zərinə Bayramovanın ittihamlarının əksinə olaraq, Baş Prokurorluğun göstərişinə əsasən Əziz Əhmədovun ölümünün səbəblərinin aydınlaşdırılması üçün komission məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertizanın rəyində mərhumun bədəni üzərində zorakı hərəkətlərin izlərinin, yaxud döymə və işgəncə vermə nəticəsində yaranmış xəsarətlərin müəyyən edilmədiyi göstərilib".

Hazırda Balakən RPŞ-də CM-in oğurluq, quldurluq və əmlakı qəsdən məhv etmə maddələri ilə başlanılan cinayət işinin istintaqı davam etdirilir.

Xatırladaq ki, Z.Bayramova qardaşı Ə.Əhmədovun işgəncələrə məruz qaldığını, polislər tərəfindən susdurulduğunu bildirmişdi. Sözügedən məsələ ilə bağlı ətraflı məlumatı BURADAN oxuya bilərsiniz.