28 yaşlı Qax rayon sakini nəməlum şəxs tərəfindən bıçaqlanıb. 28 yaşlı Qax rayon sakini nəməlum şəxs tərəfindən bıçaqlanıb.

28 yaşlı şəxsi bıçaqladılar

28 yaşlı Qax rayon sakini nəməlum şəxs tərəfindən bıçaqlanıb.


AzNews.az xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 21 radələrində rayonun Tutaclı kənd sakini 1988-ci il təvəllüdlü Rüstəm Yasin oğlu Ələkbərov sol bazu və sağ budun kəsilmiş-deşilmiş bıçaq yarası xəsarətləri ilə xəstəxanaya daxil olub. R. Ələkbərovun yaraları cərrahi yolla işlənildikdən sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib.

Qax rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Turaclı kəndinin girişində baş verib. R. Ələkbərov ilkin ifadəsində bildirib ki, tanımadığı maşın onun yanında dayanıb. Hələki istintaqa məlum olmayan sürücü maşından düşərək R. Ələkbərovdan benzin istəyib. R. Ələkbərov tanımadığı şəxsə benzin olmadğını deyib. Nəməlum şəxs əvvəlcə R. Ələkbərovu döyüb, daha sonra ona üç bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Hazırda Qax RPŞ-nin əməkdaşları R. Ələkbərovu bıçaqlayan şəxsin kimliyini müəyən edib və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir.