Ərlərini doğrayan biznes-ledinin məhkəməsi başladı


Avstriya məhkəməsində sahibkar qadının iki ərinin vəhşicəsinə öldürməsinə dair məhkəmə prosesi keçirilir. Ərlərini öldürdükdən sonra qadın qurbanlarının cəsədini doğrayaraq özünə məxsus olan mağazada gizlədirmiş.

34 yaşlı Meksika və İspaniya vətəndaşı olan Qoydsarqi Estibabalis Karransa Zabala məhkəmədə qətlləri boynuna alıb.

AzNews.az-ın "Agence France-Presse"-e istinadən verdiyi xəbərə görə, ilk cinayətini Qoydsarqi 2008-ci ildə törədib. O, eks-əri Holger Holtsu ev bölgüsü üstə öldürüb. Belə ki, rəsmi boşanmalarına baxmayaraq, Holger onunla bir evdə yaşayıb. Bu məsələ qadını narahat edib və bir gün əri kompyüterdə işləyən zaman qadın ona tapancadan atəş açıb. O, cəsədi doğrayaraq mağazasında gizlədib.

Bir müddət sonra qatil Manfred Hinterberqer adlı bir kişi ilə tanış olub. Qeyri-rəsmi nikahda yaşayan cütlük arasında tez-tez söz-söhbət yaranıb. Qadın kişinin ona xəyanət etdiyini öyrənəndə qisas almağa qərar verib. Manfred Hinterberqer şirin yuxuda olarkən Qoydsarqi ona atəş açaraq öldürüb və cəsədi yenə də doğrayaraq mağazada gizlədib.

Cinayətin üsti 2011-ci ilin iyununda mağazada təmir işləri aparılarkən açılıb. Qadın tapılmış hər iki cəsədin onun tərəfindən öldürülmüş ərlərinə məxsus olduğunu boynuna alıb. Həmin vaxt Qoydsarqi 2 aylıq hamila olub və oğlunu 2012-ci ilin yanvarında türmədə dünyaya gətirib.

Psixiatrlar biznes-ledinin ruhi xəstə olduğunu təsdiqləyiblər. Məhkəmə prosesi bu günlərdə başa çatacaq. Məhkəmədə 7 ekspert və 50-yə yaxın şahidin iştirakı gözlənilir.

İnci
AzNews.az