Uşaqların da olduğu avtobus ağır yol qəzası törətdi

Rusiyanın Tümen vilayətində uşaqların da olduğu avtobus iki minik maşını və bir yük maşını ilə toqquşdu.


AzNews.az Ria Novostiyə istinadən xəbər verir ki, qəza Xantı-Mansiysk magistralında baş verib. Avtobusda 30 nəfərdən 29-u azyaşlı olub. İlkin məlumatlara görə, 12 nəfər həyatını itirib. Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib.