"Oğlana deyib ki, səni sevirəm" "Oğlana deyib ki, səni sevirəm"

“Gəlinimlə bir oğlan sevişirmiş” - Dəhşətli qətlin təfərrüatı (Video + Foto)

"Oğlana deyib ki, səni sevirəm"


ARB TV xəbər verir ki, Sabunçu rayonu Zabrat 2 qəsəbəsində 16 yaşlı yeniyetmə anası 37 yaşlı Mədinə Qurbanovanı ov tüfəngi ilə başından atəş açaraq öldürüb. Daha sonra polisə könüllü təslim olub. Yeniyetmənin babası Maarif Əliyevin dediyinə görə, atası bir müddət əvvəl arvadından küsərək evdən gedib.

Qonşular isə yeniyetməyə qadının xəyanət etdiyi barədə məlumat veriblər. Bundan sonra o, anasını güdməyə başlayıb. Onun başqası ilə danışdığını eşidib, daha sonra anası yatdığı yerdə ona babasına məxsus tüfənglə atəş açıb.

Maarif Əliyev - qətlə yetirilən qadının qayınatası: "Mədinənin böyük oğlu internetə girib görüb ki, bu əsgərlikdən təzə gəlmiş oğlanla danışır. Oğlanı tanımırıq, sonradan şəkilin görmüşük. Gəlinim oğlanla sevişirmiş. Oğlan nə deyibsə, bu da deyib ki, mən də səni sevirəm. Deyib ki, Sabunçuda nənəmgilə gələcəm, sən də gəl ora, söhbət edərik. Bunu da Mədinənin oğlu eşidib. Atəş açılanda heç birimiz səsi eşitməmişik. Hamımız evdə olmuşuq".

Qurbanovanın 4 övladı var. Qətldə təqsirləndirilən şəxs onun ortancıl oğludur. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az

image description image description