Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.


APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Y. İmanov tərəfindən hal şahidləri ilə bağlı verilən vəsatətə münasibət bildirib. Vəsatət təmin edilməyib.

Vəkil Zibeydə Sadıqova Ş. Abduləliyevin sabah yas məclisində iştirakının təmin edilməsini və ona qardaşı ilə məhkəmədə görüş verilməsini istəyib. Bildirib ki, qardaşı ona dəstək olmaq istəyir. Lakin hakim deyib ki, qanunda buna icazə verilmədiyi üçün nəsə edə bilməz.

Vəkil Y. İmanov ekspertiza keçirən ekspertlərin dindirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Y. İmanovun növbəti vəsatəti isə Baş Prokurorluqla bağlı oldu. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Proses dekabrın 21-də davam etdiriəcək.


***
saat 13.23

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sonra davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin məhkəmədə iştiraklarının təmin edilməsi barədə vəsatət veriblər.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin anasının rəhmətə getdiyini deyib, onun yas məclisində iştirakına icazə verilməsini istəyib. Hakim bununla bağlı Penitensiar xidmətə müraciət edəcəklərini deyib.

Vəkil Fariz Namazlı isə Abbas Hüseynovun səs yazısı olan diskə onun iştirakı ilə qulaq asılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, A. Hüseynov bəzi ifadələrin ona məxsus olmadığını deyib. Vəkil Nemət Kərimli isə Daxili İşlər Nazirliyi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Vəkil Yalçın İmanov bildirib ki, iş üzrə hal şahidlərindən İntiqam Kərimov digər işlərdə də hal şahidi olub. Vəkilin sözlərinə görə, Hüseynağa Məmmədov adlı şahid isə narkotik ittihamı ilə əvvəllər həbs edilib. Y. İmanov onların imzaladıqları protokolların iş materiallarından çıxarılması və etibarsız hesab edilməsi haqqında vəsatət verib.

Sonra prosesdə fasilə elan edilib.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

AzNews.az