Anasını, uşaqlarını, qardaşını öldürən qadın meyitlərin olduğu evdə sevgilislə intim münasibətdə olduqdan sonra intihar edib. Anasını, uşaqlarını, qardaşını öldürən qadın meyitlərin olduğu evdə sevgilislə intim münasibətdə olduqdan sonra intihar edib.

Ailəsini öldürdükdən sonra sevgilisi ilə sevişdi, intihar etdi... - Dəhşətli cinayət

Anasını, uşaqlarını, qardaşını öldürən qadın meyitlərin olduğu evdə sevgilislə intim münasibətdə olduqdan sonra intihar edib.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, dəhşətli cinayət Avstriyanın Sankt Pölten-Land bölgəsində baş verib. 35 yaşlı Martina adlı qadın anası Mathilde, qardaşı Peter, uşaqları Sebastian, Fabian, Michelle və 2 itini öldürdükdən sonra meyitlərin olduğu evə sevgilisini çağırıb.

Polisin başladığı istintaq zamanı 35 yaşlı qadının əvvəlcə qardaşını və anasının tapança ilə vuraraq öldürdüyü müəyyən olunub. Bundan sonra qatil ana uşaqlarını qətlə yetirib. Polis uşaqların cansız bədənini yataqlarında, üstləri örtülü şəkildə aşkarlayıb. Eyni zamanda onun evin 2 itini də öldürdüyü məlum olub. Martinanın cinayətləri törətdikdən sonra son zamanlar tez-tez görüşdüyü sevgilisini evin arxa hissəsinə çağıraraq burada onunla intim münasibətdə olduğu müəyyən olunub.



Qadının sevgilisi dindirilib. Onun cinayətlərdən xəbərsiz olduğu öyrənilib. Polis Martinanın sevgilisinə yazdığı dəvət mesajlarını da aşkarlayıb. Sevgilisinin qatil olduğundan xəbərsiz olan şəxs intim münasibətdən sonra evi tərk edib. Ertəsi gün evə təkrar gələn sevgili qapının zənginə heç kəsin cavab vermədiyini görüb. Bu zaman uşaqlar üçün gətirdiyi hədiyyələrini qeydlə birlikdə qapının qarşısında qoyub.

Cinayətlər 41 yaşındakı Peter işə getmədiyi üçün müdirinin polisə müraciət etməsindən sonra üzə çıxıb.

Uşaqların təhsil aldığı məktəbdən verilən açıqlamaya görə, qatil ana telefonla zəng edərək uşaqların nənəsinin öldüyünü və bu səbəbdən onların bir neçə gün məktəbə gəlməyəcəyini bildirib.

Aydan