Bakıda 57 yaşlı qadının evindən külli miqdarda oğurluq edilib. Bakıda 57 yaşlı qadının evindən külli miqdarda oğurluq edilib.

Böyük məbləğdə pul və qızıl-zinət əşyaları oğurlandı - Bakıda

Bakıda 57 yaşlı qadının evindən külli miqdarda oğurluq edilib.


AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 92 A ünvanında qeydə alınıb.

Belə ki, ev sahibi, 1959-cu il təvəllüdlü Mehparə Qoçuyeva evdə olmadığı vaxtda naməlum şəxs və ya şəxlər qapının klidini sındıraraq içəri daxil olub. Evdə olan 2 000 manat, 3 500 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyaları, o cümlədən mobil telefon oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.