Gəncə şəhərində gənc oğlan qatlə yetirilib. Gəncə şəhərində gənc oğlan qatlə yetirilib.

28 yaşlı gənc bıçaqlanıb öldürüldü

Gəncə şəhərində gənc oğlan qatlə yetirilib.



Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, yanvarın 22-də şəhər sakini 28 yaşlı Cabir Rzayev öldürülüb. O, dünən ağır bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilsə də, yaralar ölümcül olub.

Qətli törətməkdə şübhəli bilinən 26 yaşlı Elnur Orucov tutulub. Onun qoluna qandalı Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları vurublar.

Əldə etdiyimiz məlumata görə, hər iki şəxs tanış olub. Onlar arasında münaqişə yaranıb və Elnur tanışının qarnına bıçaq vurub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az