Azərbaycanlı və gürcü “qanuni oğru”ların adı siyahıya salınıb Azərbaycanlı və gürcü “qanuni oğru”ların adı siyahıya salınıb

Ded Xasana görə cəzalandırılacaq şəxslərin siyahısı

Azərbaycanlı və gürcü “qanuni oğru”ların adı siyahıya salınıb



Ded Xasanın klanı onun öldürülməsində günahkar elan edilən 20-yə yaxın şəxsin siyahısını hazırlayıb. Bu siyahıya əsasən azərbaycanlı "qanuni oğru"lar və gürcü avtoritetlər daxildir. Bu barədə məlumatı "İzvestiya" qəzeti yazıb.

Məlumata görə, əslində siyahı hələ Ded Xasanın sağlığında, onun düşmənlərinin siyahısı əsasında hazırlanıb. Ancaq bundan bir neçə gün sonra Ded Xasan öldürülüb və Rövşən Lənkəranskinin rəhbərlik etdiyi siyahı onun ölümünün günahkarlarını siyahısı kimi elan edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Ded Xasanın özünün də killerlərdən ibarət xüsusi dəstəsi olub. Dəstəyə keçmiş idmançılar və hüquq-mühafizə orqanlarının əməkdaşları daxil edilib. Killerlərə aylıq olaraq 20-25 min dollar əmək haqqı ödənilib. Bundan başqa hər yerinə yetirilən "sifarişə" görə əlavə mükafat verilib: "Tamamilə mümkündür ki, Rövşəni də məhz onlar öldürüb. Cemonun həbsi isə onu ölümdən qurtarıb. Rövşən Lənkəranskiyə İstanbulda sui-qəsdə Türkiyədəki kürdlərin köməyi istisna deyil".

Qəzet Rusiya xüsusi xidmət orqanlarının Türkiyədən R. Lənkəranskiyə sui-qəsd xəbərləri ilə bağlı rəsmi məlumat almadığını da vurğulayıb: "Ancaq onun qohumlarının mətbuatda çıxışlarından belə düşünmək olar ki, ölüm xəbərinin yayılmasında R.Lənkəranskinin özü maraqlı olub. Bununla da killerlərin gözlənilən hücumundan qurtulmaq mümkün idi. Bununla belə İstanbulun polis departamenti Beşiktaş çevrəsində fevralın 1-də atışma olduğu barədə xəbəri təsdiqləyir. Ancaq xəstəxanaya aparılan şəxsin kimliyi barədə dəqiq məlumatın hələ əldə edilmədiyini bildirir".

Elnarə Əlosmanqızı
AzNews.az