Astarada evə basqın oldu - 89 yaşlı qadın ağır yaralandı

Astarada evə basqın edərək 89 yaşlı qadını ağır yaralayıblar.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə Şahağacı kəndində qeydə alınıb.

Kənd sakini 1928-ci il təvəllüdlü Kinəbacı Allahverdi qızı Əsədullayevaya naməlum şəxs və ya şəxslər yaşadığı evində küt alətlə bir neçə zərbə endirilib. Dərhal yaralı oğlu tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır. İlkin məlumata görə, evdən heçnə aparılmayıb.

Fakt araşdırılır.

AzNews.az