- Köhnə - Kriminal
- 4 Avqust 2017 21:55
- 6 335
İsmayıllıda narkotik tərkibli bitki yetişdirən şəxs tutulub
İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.
AzNews.az “APA”ya isitinadən xəbər verir ki, rayonun Uştal kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədov Rafiq Səftər oğlu yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avqustun 4-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rafiq Məmmədov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb.
Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 57 ədəd olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək orada narkotik bitki əkdiyini etiraf edib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az