Bakıda qadın naməlum şəxslər tərəfindən döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, qızının yaşadığı ünvana gedən Samitə Sadıqova naməlum şəxslərlə qarşılaşıb və onlar tərəfindən döyülüb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib. Faktı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi araşdırır.

AzNews.az