- Köhnə - Kriminal
- 10 Mart 2018 12:23
- 3 729
Qadına qarşı quldurluq edənlər tutuldu
Quldurluğa görə tutulmuş şəxslərin digər əməllərinin də üstü açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də quldurluq etdiklərinə görə tutulmuş Elnur Axundovun və Rafiq Ağayevin ətrafında aparılan tədbirlərlə onların martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Araşdırmalar aparılır.
AzNews.az