- Köhnə - Kriminal
- 14 Aprel 2018 09:24
- 4 473
Yük maşını adam vurdu
Bakının Qaradağ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1957-ci il təvəllüdlü Ələkbərov Malik Fərrux oğlu Lökbatan qəsəbəsindəki "Meyvəli" ticarət mərkəzinin qarşısından keçərkən, onu "Shacman" markalı yük avtomobili vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı KTM-ə yerləşdirilib.
Fakt Qaradağ RPİ-si tərəfindən araşdırılır.
AzNews.az