Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb. Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.

Elektrik şəbəkəsinin işçisi iş başında döyüldü

Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində baş verib.

Sözügedən kənddə vəzifə borcunu yerinə yetirən rayonun Tatarlı kənd sakini, 1984-cü il təvəllüdü Məmmədov Zaur Məmməd oğlu Səfikürd kənd sakini, 1962-ci il təvəllüdlü Paşayev Vaqif İsrafil oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Z. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

V. Paşayev artıq polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az