Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Abşeronda yanğın oldu

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Abşeron rayonunun Çiçək yaşayış sahəsində ümumi sahəsi 15 m2 olan təndirxananın taxta konstruksiyadan ibarət dam örtüyü 10 m2 sahədə yanıb.

Təndirxananın qalan hissəsi və yaxınlıqdakı restoran yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az