- Köhnə - Kriminal
- 17 May 2018 12:38
- 6 769
Milli qəhrəmanın oğlunun avtomobilindən oğurluq edildi
Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində Rəşad Rəhimova məxsus “Mercedes” markalı avtomobildən oğurluq edilib.
“Report”un xəbərinə görə, naməlum şəxslər avtomobilə maddi ziyan vurublar və maşının ehtiyat hissələrini oğurlayıblar.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsunin 16-cı Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, avtomobilin sahibi milli qəhrəman Koroğlu Rəhimovun oğludur.
AzNews.az