Sumqayıtda qətl törədilib. Sumqayıtda qətl törədilib.

Arvadını bıçaqlayıb öldürdü - Yenilənib

Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

"Report"un verdiyi məlumata görə, ər həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

***

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.

R. Feyziyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

AzNews.az